Abşeronda narkotacirlərə qarşı  ƏMƏLİYYAT:   8 nəfər  saxlanıldı   -  VİDEO
27 noyabr 2026 18:37 (UTC +04:00)

Abşeronda narkotacirlərə qarşı ƏMƏLİYYAT: 8 nəfər saxlanıldı - VİDEO

0

Abşeron rayonunda polisin əməliyyatı zamanı narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb.

Lent.az xəbər verir ki, Abşeron rayonunda polislər narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirib.

Tədbirlər nəticəsində C.Səfərli, R.Nağızadə, N.Mehdiyev, M.Məmmədov, S.Rzayev, E.Zeynalov, F.İbadlı və S.Musayeva saxlanılıblar. Onlardan ümumilikdə 4 kiloqram 200 qram narkotik maddə, həmçinin 50 ədəd psixotrop tərkibli həb aşkarlanıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb. Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 176

Oxşar yazılar