Pandemiya zamanı ən çox əziyyət çəkənlərdən biri də tibb işçiləri olub. Aylarla evlərinə, uşaqlarına həsrət qalanlar oldu. Peyvəndlənmə prosesi başlayandan azca da olsa nəfəs alıb dincələn həkimlərdən bəziləri artıq əylənməyə başlayır.
Lent.az bildirir ki, Türkiyə mediasında “əylənmək daha çox onların haqqı” deyə paylaşılan videoda həkimlərin rəqsi təqdim edilir. Liftə minən yerdə, iş başında, eyvanda əylənən həkimlər Sərdar Ortacın “Poşet” mahnısını çox gözəl rəqs ilə müşayiət edirlər.
Videonu təqdim edirik: