Xalq artisti Rafiq Hüseynov və həyat yoldaşı Gülşən Hüseynova
06 aprel 2021 14:36 (UTC +04:00)

Xalq artisti Rafiq Hüseynov və həyat yoldaşı Gülşən Hüseynova

Gülü hamını aldatdı - TESTİN NƏTİCƏLƏRİ - VİDEO

Lent.az Xalq artisti Rafiq (Rəmiş) Hüseynovun və həyat yoldaşı Gülşən (Gülü) Hüseynovanın koronavirusa yoluxmasına dair rəsmi faktlar əldə edib.

Bakı Sağlamlıq Mərkəzindən Lent.az-a verilən məlumata görə, onların koronavirusa yoluxmuş Gülü Hüseynovanı məcburi xəstənaya cəlb etmək səlahiyyətləri yoxdur.

“Gülü Hüseynova koronavirus xəstəsidir və onun insanlar üçün təhlükəli olması barədə TƏBİB-ə məlumat verilib. Məlumatda COVİD -19 xəstəsinin xəstəxananı tərk etdiyi bildirilib. Həm bizim xəstəxanada, həm də TƏBİB-in klinikalarında Xalq artisitinin və həyat yoldaşının koronavirus testi  müsbət çıxıb. Hər ikisi COVİD xəstəsi olub və xəstəxananın COVİD bölməsinə yerləşdiriliblər”.

Mərkəzdən həmçinin bildirilib ki, Rəmiş bəy vəfat edən zaman Gülü xanıma “Xəstəxananı tərk edə bilməzsiniz”, dedik:

“Amma həmin an Xalq artisinin həyat yoldaşı sərt reaksiya verərək xəstəxana rəsmilərini dinləmədən tərk elədi. Klinik olaraq Gülü xanım ağır koronavirus xəstəsi deyil. Lakin buna baxmayaraq, təcili şəkildə aidiyyəti qurumlara, TƏBİB-ə  xəbər verdik ki, COVİD -19 xəstəsi xəstəxananı tərk edib.

Bakı Sağlamlıq Mərkəzindən o da bildirilib ki, mart ayının 27-də Rəmiş və Gülüdən Bakı Sağlamlıq Mərkəzində yaxmalar və analiz götürülüb. Cavab müsbət çıxıb:

“Biz daha dəqiq nəticə əldə etmək üçün martın 29 və aprelin 3-də  götürülən yaxma və analizi TƏBİB-in “Yeni klinika”-sına göndərdik. Cavab yenidən müsbət çıxdı”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 72087
avatar

Nigar Adil

Oxşar yazılar