Kredit götürən  şəxs ölərsə, borcu kim ödəyir? -VİDEO
15 oktyabr 2026 14:44 (UTC +04:00)

Kredit götürən şəxs ölərsə, borcu kim ödəyir? -VİDEO

0

Kredit götürən şəxsin vəfat etməsi onun banka olan borcunun avtomatik silinməsi demək deyil. Bəs belə hallarda kredit borcunu kim ödəməlidir? Borc ailə üzvlərinə və ya vərəsələrə keçə bilərmi?

Lent.az APA TV-yə istinadən xəbər verir ki, “PAŞA Həyat Sığorta” ASC-nin Satış Departamentinin direktoru Tofiq Əliyev kredit həyat sığortasının üstünlükləri və borcalanın vəfatı zamanı yaranan maliyyə öhdəlikləri barədə danışıb.

Bildirilib ki, kredit həyat sığortası borcalanın vəfat etməsi və ya sığorta müqaviləsində nəzərdə tutulan hallarda əmək qabiliyyətini itirməsi zamanı maliyyə risklərinin azaldılmasına xidmət edir.

Belə ki, borcalanın sığorta müqaviləsi qüvvədə olduğu müddətdə sığorta hadisəsi baş verərsə, müqavilənin şərtlərinə uyğun olaraq qalıq kredit borcu sığorta şirkəti tərəfindən qarşılana bilər.

Bu isə borcalanın ailəsinin və vərəsələrinin əlavə maliyyə yükü ilə üzləşməsi riskini azaldır.

Qeyd edək ki, kredit götürən şəxsin vəfatı zamanı borc öhdəliklərinin vərəsələrə keçməsi qanunvericiliyin müvafiq müddəaları əsasında tənzimlənir. Vərəsələrin məsuliyyəti, bir qayda olaraq, qəbul etdikləri miras əmlakın dəyəri ilə məhdudlaşır.

Kredit həyat sığortasının qüvvəyə minməsi, hansı riskləri əhatə etməsi və sığorta haqqının məbləği isə müqavilənin şərtlərindən asılıdır.

Bəs kredit həyat sığortası hansı hallarda borcu tam qarşılayır? Sığorta haqqı necə hesablanır və borcalanlar müqavilə bağlayarkən nələrə diqqət etməlidirlər?

Bu və digər sualların cavabı APA TV-nin süjetində.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 282

Oxşar yazılar