Azərbaycanda partiya sədrinin müavinləri canlı yayımda bir-birini təhqir ediblər.
Lent.az-ın məlumatına görə, "musavat.com"un "Canlı Debat" proqramında iştirak edən Ağ Partiya sədrinin müavini Əhəd Məmmədli və REAL partiyasının sədr müavini Natiq Cəfərlinin sözləri çəp gəlib. Belə ki, Əhəd Məmmədli opponentinə "qanmaz" deyib, qarşı tərəf də cavab olaraq, "qanmaz sənsən, sənin sədrindir" sözlərini dilə gətirib.
Əsas təhqirlər də bundan sonra başlayıb.
Aparıcı qonaqların bu hərəkətini görüb canlı yayımı yarımçıq dayandırmağa məcbur olub.