Dünyanın  ƏN BAHALI  suları - VİDEO
26 may 2021 18:45 (UTC +04:00)

Dünyanın ƏN BAHALI suları - VİDEO

Su nə qədər baha ola bilər? Bəzi firmaların istehsal etdiyi suyun qiyməti hər kəsi təəccübləndirir.

Lent.az xarici KİV-ə istinadən bahalı suları təqdim edir:

Yaponiya

Yaponiyanın ən yüksək dağı olan Fijudan götürülən su minerallarla zəngindir. Bu suyun 750 ml 5 dollardır.

Avstraliya

Avstraliyada yerləşən Tazmaniya adasında torpağa dəymədən, yağış suları toplanır. İnsanlar bu suyun bir çox xəstəliklərə dərman olduğuna inanırlar. Yağış suyunun 750 ml 10 dollardır.

Kanada

2007-ci ildə dünyanın ən rahat suyu Kanadadan əldə olunan təbii sudur. Qablaşdırması adi su şüşəsindən çox, ətir şüşəsinə bənzəyir. Bahalı restoran və SPA mərkəzlərində satılan suyun 750 ml 15 dollardır.

Norveç

Norveçdə əriməkdə olan buz dağlarından su əldə edilir. Yəni, 20 milyon il öncə donan və əriməyə başlayan suyun 750 ml qiyməti 120 dollardır.

Yaponiya

Qablaşdırılması şahmat fiqurunu xatırladan su Yaponiyada istehsal olunur. İnsan yaşayışı olmayan yerdən əldə olunan suyun 750 ml 220 dollardır.

Sakit okean

Çəki atmağa və enerji almağa yardım edən su üz dərisini gözəlləşdirir. Sakit okendakı adalarda yerin min metr dərinliyindən əldə olunan su dünyanın ən yaxşı müalicəvi sularından biridir. Sadə qablaşdırılmış suyun 750 ml 450 dollardır.

# 95967
avatar

Nigar Adil

Oxşar yazılar