Müğənni Rəqsanə İsmayılova Moskvada özünə ad günü keçirib.
Lent.az-ın məlumatına görə, doğum günündə həyat yoldaşı ilə rəqs edən ifaçı həmin anı əks etdirən videonu sosial şəbəkədəki səhifəsində paylaşıb:
“Səninlə bir həyatı bitirmək yox, səninlə yenidən başlamaq istəyirəm. Məni xoşbəxt qadın edən insan Fazil Əmiraslanov”.
Qeyd edək ki. R.İsmayılova bir dəfə ailəli olub, boşanıb. F.Əmiraslanov onun ikinci rəsmi həyat yoldaşıdır.