Apdelin 8-də Zaqatala rayonu İcra Hakimiyyəti başçısının Zaqatala şəhəri üzrə icra nümayəndəsinin müavini Elbrus Məmmədovun yol qəzası törətməsi barədə xəbər vermişdik.
Lent.az həmin qəzanın görüntülərini əldə edib.
Xatırladaq ki, hadisə bu gün səhər saatlarında Zaqatala-Qax avtomobil yolunun Zaqatala rayonunun Muxax kəndindən keçən hissəsində baş verib.
30 yaşlı Elbrus Məmmədovun idarə etdiyi BMW markalı minik avtomobili ilə rayonun Muxax kənd sakini Hacı Məhəmməd Yusubovun idarə etdiyi “VAZ-21099” markalı minik avtomobili toqquşub. Qəza zamanı hər iki avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
H. Yusubovun vəziyyətinin qismən ağır olduğu bildirilir. Hər iki yaralı Zaqatala rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.