Zaqatalada yol qəzası
10:02 8 aprel 2021

Zaqatalada yol qəzası

Azərbaycanda məmur yol qəzasına düşdü, vəziyyəti... - VİDEO

Zaqatala baş verən yol qəzasında biri ağır olmaqla iki nəfər xəsarət alıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Zaqatala-Qax avtomobil yolunun Zaqatala rayonunun Muxax kəndindən keçən hissəsində baş verib.

30 yaşlı Elbrus Məmmədovun idarə etdiyi “BMV” markalı minik avtomobili ilə rayonun Muxax kənd sakini Hacı Məhəmməd Yusubovun idarə etdiyi “VAZ 21099” markalı minik avtomobili toqquşub. Qəza zamanı hər iki avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

H. Yusubovun vəziyyətinin qismən ağır olduğu bildirilir. Hər iki yaralı Zaqatala rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, qəzaya düşən E. Məmmədov Zaqatala rayon İcra Hakimiyyəti başçısının Zaqatala şəhəri üzrə icra nümayəndəsinin müavini işləyir.

Faktla bağlı araşdırma aparılır.

Zaqatalada məmur qəzaya düşdü

# 3708
avatar

Oxşar yazılar