Siqaret vitrini
11 mart 2021 15:26 (UTC +04:00)

Siqaret vitrini

Azərbaycanda ən çox satılan siqaretlər bahalaşdı -VİDEO

Azərbaycanda siqaretin qiyməti bahalaşıb.

Lent.az xəbər verir ki, bu barədə sahibkarlar özləri danışıb. Onu da bildirək ki, son illər ərzində tütün məmulatlarının qiymətində bir neçə dəfə bahalaşma müşahidə olunub. Bəs sözügedən məhsulun qiymətlərinə dövlət nəzarəti varmı? Ölkədə siqaretin qiyməti necə tənzimlənir?
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, siqaretin qiyməti Tarif Şurası tərəfindən müəyyən edilmir:

“Siqaretin qiymətini sahibkarlar özləri müstəqil şəkildə təyin edirlər. Bu bazardakı tələb-təkliflə əlaqədardır. Onların qoyduqları qiymətlər məhsulu aldıqları məbləğdən asılıdır”.

Qeyd edək ki, sahibkarların sözlərinə görə, ötən günə nisbətən Azərbaycanda siqaretin qiyməti 20 qəpik bahalaşıb. Onlar bildirir ki, bu gün sözügedən məhsulu ötən günlə müqayisədə 20 qəpik baha alıblar. Artım "Tabaterra" Qapalı Səhmdar Cəmiyyətə aid olan "Winston", LD, "Sobranie" və "Winchester" siqaretlərində olub. "Digər siqaretlərdə də bahalaşma gözlənildiyi bildirilir.

Azərbaycanda siqaret yenə bahalaşdı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9093
avatar

Mehman Nəbiyev

Oxşar yazılar