Ayının hücum etdiyi balıqçı möcüzə nəticəsində sağ qaldı -  VİDEO
02 iyun 2021 19:33 (UTC +04:00)

Ayının hücum etdiyi balıqçı möcüzə nəticəsində sağ qaldı - VİDEO

Saxalində ayı insana hücum edib. 

Lent.az Rusiya mediasına istinadla bildirir ki, bu, Aniva meşəsində baş verib. Zərərçəkənin tanışının dediyi kimi, heyvan az qala balıqçının dərisini soyub. İndi özbaşına çatdığı xəstəxanadadır.

Məlumata görə, kişi çaya balıq tutmağa gedib. Bu zaman kolluqdan çıxan ayı dərhal ona hücum edib. Heyvan balıq ovuna gedən kişinin başının dərisini qoparmağa çalışıb, alnını, qollarını, ayaqlarını dişləyib. 

Balıqçı yalnız özünü ölmüş kimi davranması səbəbindən qaçmağı bacarıb. Bundan sonra ayı ondan uzaqlaşıb və kişi özünü xəstəxanaya çatdırıb. 

Həkimlərin sözlərinə görə, xəsarətləri ağırdır. Buna baxmayaraq, həyatı üçün ciddi təhlükə yoxdur. 

# 3894
avatar

Oxşar yazılar