Əfqanıstan parlamentinin deputatı Məhəmməd Mohakik ölkə paytaxtının qərb hissəsində 8 uşağın aclıqdan öldüyünü açıqlayıb.
“Kabulun qərbində yoxsulluq və aclıq səkkiz uşağın ölümünə səbəb olub” deyən siyasətçi ərazidə həzərilər icmasının yaşadığını qeyd edib.
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, Mohakik əlavə edib ki, hakiyyətə gələn “Taliban” insanlar üçün adekvat həyat səviyyəsini təmin etmir və beynəlxalq ictimaiyyəti Əfqanıstanın həzərilərinə və şiələrinə yardım göstərməyə çağırıb.