YouTube reklam bloklayıcılarından istifadə edən istifadəçilər ilə mübarizə aparmağa davam edir.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, dünyanın ən məşhur video servisi bu istiqamətdə yeni texnologiyanı tətbiq edir. Tətbiq edilən texnologiya isə istifadəçilərə bloklanmış reklam elanları əvəzinə qara ekranı sərgiləyir. Reddit istifadəçilərinin sözlərinə əsasən sərgilənən qara ekranın sərgilənmə müddəti 6-20 saniyə təşkil edir. Güman olunur ki, bu, videoya reklam elanının yerləşdirilməsi texnologiyasının birbaşa serverə inteqrasiyası ilə bağlıdır. Belə olduğu halda reklam elanı videonun özünün bir hissəsinə çevrilir və nəticədə bu cür reklamı ötürmək qəlizləşir. YouTube özü bu texnologiya barəsində hər hansısa bir fikir bildirməyib. Ayın məsələdir ki, bu cür strategiya sayəsində video servis istifadəçiləri YouTube Premium abunəliyinə qoşulmağa sövq edir. Reklamsız video izləmə özəlliyi isə məhz YouTube Premium-da aktivdir.