
Yaponiya kosmosa taxtadan hazırlanmış peyk göndərəcək
Yaponiyanın Kioto Universiteti və “Sumitomo Forestry” şirkəti ağacdan hazırlanmış kosmik peyk layihəsi hazırlayır.
Lent.az “ictnews”a istinadən xəbər verir ki, taxta elektromaqnit dalğalarını və ya Yer kürəsinin maqnit sahəsini bloklamır.
Bu, antena və oriyentasiya mexanizmləri kimi qurğuları taxtadan hazırlanmış peykin içərisində yerləşdirməyə imkan verir ki, bu da daha sadə konstruksiyalar yaratmağa imkan verir. Bundan başqa, taxtadan hazırlanmış peyk orbitdən çıxaraq yenidən Yer kürəsinə geri döndükdə o, zərərli maddələri atmosferə tullamadan və ya Yer kürəsini qırıntılarla doldurmadan tamamilə yanır.
Hazırda “Sumitomo Forestry” şirkəti hava şəraitinə, həmçinin temperatur dəyişikliklərinə və günəşin təsirinə qarşı çox davamlı olan taxta tikinti materialları hazırlayır.
Şirkətlər 2024-cü ilin martınadək taxtadan hazırlanmış konstruksiyaların kosmosa göndərilməsi üzrə bütün problem və imkanları araşdıracaqlar.

Oxşar yazılar

"Facebook"da problemlər yarandı
23 yanvar 2021 , 09:56
Kosmik şirkətdən əksəriyyəti təəccübləndirən addım: 2 neft buruğu aldı
21 yanvar 2021 , 19:52
Mütəxəssislərdən etiraf: “Yüksək zəkalı sistemi idarə edə bilməyəcəyik”
16 yanvar 2021 , 19:48
Bu da uçan maşın - VİDEO
15 yanvar 2021 , 19:46
Təcili smartfonunuzdan silin: əks halda
15 yanvar 2021 , 19:32
Dünyanın ən uzun kanat yolu açıldı
15 yanvar 2021 , 18:51
“Telegram”da son bir həftədə qeydiyyatdan keçən prezidentlər
15 yanvar 2021 , 17:12
Smartfonlarda yeni nəsil BARMAQ İZİ TEXNOLOGİYASI
15 yanvar 2021 , 10:21