“WhatsApp”da bu özəlliklər də olacaq  - 4 möhtəşəm funksiya
07 oktyabr 2021 14:36 (UTC +04:00)

“WhatsApp”da bu özəlliklər də olacaq - 4 möhtəşəm funksiya

“WhatsApp” yeniliklərə davam edir.  Tezliklə istifadəçilərinin üzünü güldürəcək yeni funksiyaları işə düşəcək.

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, “WhatsApp”ın mesajlaşma proqramının özünü daim təkmilləşdirdiyi artıq sirr deyil. Yaxın zamanlarda proqram yeniliklərinin sayını artıracaq. Tətbiqə yeni 4 funksiya da əlavə olunacaq.

1. Söhbətə smaylik ilə reaksiya verə biləcəksiniz

“Instagram”ın hekayə bölməsində fəal istifadə edilə bilən bu xüsusiyyət mesajlar haqqında duyğularınızı tezliklə ortaya qoymağa imkan verir. Bunlardan başqa “Twitter” və “iMessage” də oxşar quruluşlar təklif edir. Hazırda başlanğıc mərhələsində olmasına baxmayaraq, smaylik cavab xüsusiyyətinin tezliklə istifadəçilərə təqdim ediləcəyi gözlənilir. Maraqlıdır, görəsən, hansı smayliklər olacaq?

2. Səsli mesajları mətnə ​​çevirmək

“WhatsApp” hər gün yeni bir xüsusiyyət ilə gəlir. Bu dəfə mətn tərcümə xüsusiyyəti “iOS”da sınaqdan keçirilən səsli mesajlar üçün daşıyır. Beta istifadəçiləri tərəfindən sınaqdan keçirilmiş xüsusiyyət hələ də “Android”də yoxdur. Ancaq testlər müvəffəqiyyətli olarsa, bu xüsusiyyətin “Android”də də olacağı düşünülür. “WhatsApp”ın yeni xüsusiyyəti ilə gələn səsli mesajlar yazılı şəkildə görünəcək və mesajın hissələri arasında keçid etmək mümkün olacaq.

3. Videoları səssiz izləyə biləcəksiniz

“WhatsApp”, videoları səssiz olaraq izləəyə imkan verəcək bir yenilik hazırlayır. İstər “WhatsApp”ın öz kamera tətbiqi ilə çəkirsiniz, istərsə də qalereyanızdan bir material göndərməyə çalışırsınız. Video tənzimləmə ekranının sol üst küncündəki "səssiz" işarəsinə toxunaraq onun səsini kəsə bilərsiniz. Uzun müddətdir beta versiyasında sınaqdan keçirilmiş xüsusiyyətin tezliklə istifadəyə veriləcəyi gözlənilir.

4. Söhbət pəncərəsinə yeni rənglər

“WhatsApp” beta istifadəçilərinə yeni bir xüsusiyyət əlavə edir. Populyar platforma, illərdir açıq yaşıl rəngdən istifadə edir. Bundan sonra rəng daha tünd yaşıl ilə əvəz olunacaq.  İOS üçün də gələcək bu yeni dəyişiklik, qaranlıq rejimdə tətbiqdən istifadə edənlər üçün nəzərdə tutulub.  

 

 

# 35202
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar