
“WhatsApp” yeni ildən bəzi mobil cihazlarda işləməyəcək
2021-ci il yanvarın 1-dən etibarən “WhatsApp” messenceri köhnə smartfonlarda işləməyəcək.
APA “Mirror” nəşrinə istinadən xəbər verir ki, tətbiq bəzi cihazlarla uyğunluğunu dayandıracaq.
Söhbət əməliyyat sistemləri iOS 9 və ya Android 4.0.3-dək yenilənməyən mobil cihazlardan gedir. Bura “iPhone 4” və daha əvvəlki versiyalar daxildir.
“WhatsApp”ın “iPhone 4S”, “iPhone 5”, “iPhone 5S”, “iPhone 5C”, “iPhone 6” və “iPhone 6S”-də işləyə bilməsi üçün əməliyyat sisteminin iOS 9-a yenilənməsi vacibdir.
İstifadəçilərə, həmçinin vacib məlumatların itirilməməsi üçün yazışmalarının ehtiyat nüsxəsini çıxarmaq tövsiyə olunur.

Oxşar yazılar

ABŞ hakimiyyəti elektriklə işləyən maşınlara keçməyə qərar verdi
27 yanvar 2021 , 18:51
Sürücülər hansı avtomobilləri daha çox sürürlər? - ARAŞDIRMA
27 yanvar 2021 , 17:30
Süni intellekt üzrə dünyada lider kimdir?
27 yanvar 2021 , 10:53
Məşhur rəsm əsəri 10 giqapiksel keyfiyyətində rəqəmsallaşdırıldı - FOTO - VİDEO
26 yanvar 2021 , 19:48
Zibilliyə atılan smartfonların dəyəri - ŞOK RƏQƏMLƏR
26 yanvar 2021 , 19:16
Mobil telefon alarkən nələrə diqqət etmək lazımdır?
26 yanvar 2021 , 10:36
2021-ci ilin əsas texnoloji trendi AÇIQLANDI
25 yanvar 2021 , 18:57
Whatsapp-ın itirdiyi milyonlarla istifadəçi... – Signal, yoxsa Telegram?
25 yanvar 2021 , 13:28