Uzatma kabelləri evdə kifayət qədər elektrik yuvası olmadıqda böyük rahatlıq yaradır. Amma onların yanlış istifadəsi ciddi təhlükələrə səbəb ola bilər. Güclü məişət texnikasının uzatma kabelinə qoşulması qızma, qısaqapanma və hətta yanğın riskini artırır.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, hər il təxminən 51 min ev yanğını elektrik nasazlıqlarından, o cümlədən yüklənmiş uzatma kabellərindən baş verir.
Standart 15 amperlik uzatma kabeli maksimum 1800 Vt gücə dözə bilir, bu həddi aşan istənilən cihaz kabeli tez bir zamanda qızdırır.
Heç vaxt uzatma kabelinə qoşulmamalıdır: soyuducu,mikrodalğalı soba, qəhvəbişirən aparat, tost aparatı, multivarka, blender, elektrik qızdırıcıları, kondisioner, paltaryuyan maşın, fen və saç buran cihazlar, elektrik alətləri
Bu cihazlar yüksək güc sərf etdiyindən uzatma kabeli yükə tab gətirmir
Nələri qoşmaq təhlükəsizdir?
Kompüter, televizor, stolüstü və döşəmə lampaları, telefon və noutbuk adapterləri
Onlar az enerji sərf edir və kabeli yükləmir.
Təhlükəsizlik qaydaları
Uzatma kabelini mətbəx və ya hamam kimi rütubətli yerlərdə işlətməyin.
“Girlyand üsulu” ilə – bir uzatmanı digərinə qoşmaq qəti qadağandır. Bu, yanğın riskini xeyli artırır.
Uzatma əvəzinə setevoy filtr istifadə etmək məsləhətdir. O, əlavə rozetka verməklə yanaşı, cihazları gərginlik dəyişmələrindən və ildırım zərbələrindən qoruyur.
Kabellərdə zədələnmə və ya çat olub-olmadığını mütəmadi yoxlayın.
Kabelin səthi qızırsa, dərhal ayırın.