Uber Avropada ilk dəfə sürücüsüz taksi xidmətinə  başladı
21 avqust 2026 22:41 (UTC +04:00)

Uber Avropada ilk dəfə sürücüsüz taksi xidmətinə başladı

0

Uber Avropada ilk dəfə sürücüsüz avtomobillərlə sərnişindaşıma xidmətinə başlayıb.

Lent.az xəbər verir ki, şirkətin Verne və Pony.ai ilə əməkdaşlığı çərçivəsində yeni xidmət Xorvatiyanın paytaxtı Zaqrebdə istifadəyə verilib.

Sərnişinlər artıq Uber tətbiqi vasitəsilə avtonom avtomobil sifariş edə bilirlər.

Hazırda xidmət Zaqrebin şəhər mərkəzi də daxil olmaqla müəyyən ərazilərində fəaliyyət göstərir. İlkin mərhələdə avtomobildə sükan arxasında lisenziyalı təhlükəsizlik operatoru olacaq və nəqliyyat vasitəsinin hərəkətini izləyəcək. Şirkətlər gələcəkdə tamamilə sürücüsüz fəaliyyətə keçməyi planlaşdırır.

Layihədə Pony.ai avtonom idarəetmə texnologiyasını təqdim edir, Xorvatiyanın Verne şirkəti avtomobil parkına və xidmətin fəaliyyətinə cavabdehdir, Uber isə avtomobilləri öz platformasına inteqrasiya edir.

Sərnişinlər Uber tətbiqində UberX və ya Comfort seçimini etdikdə, ərazidə uyğun avtonom avtomobil varsa, sistem nəqliyyat vasitəsi və səfərlə bağlı məlumatları göstərəcək. Şirkətlər Zaqrebdəki modelin gələcəkdə digər Avropa şəhərlərinə də genişləndirilməsini planlaşdırır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 106

Oxşar yazılar