"Toyota"larda ciddi nasazlıq  aşkarlandı
31 oktyabr 2025 08:03 (UTC +04:00)

"Toyota"larda ciddi nasazlıq aşkarlandı

0

"Toyota Motor" proqram təminatında baş verən problemlərə görə 1.28 milyondan çox avtomobili geri çağırır.

Lent.az xəbər verir ki, bu barədə Yaponiya Nəqliyyat Nazirliyi məlumat yayıb.

"Panoram görüntüsünün idarəetmə proqramının kifayət qədər yaxşı hazırlanmaması səbəbindən mühərriki işə saldıqdan dərhal sonra geri hərəkət etmək kimi əməliyyatları yerinə yetirərkən, avtomobilin ətrafındakı məkanın təsviri təhrif oluna bilər ki, bu da öz növbəsində təhlükəsizlik tələblərinə riayət olunmamasına səbəb ola bilər", - deyə məlumatda qeyd olunub.

"Toyota Voxy", "Toyota RAV4" və "Toyota Prius", həmçinin "Lexus RX350", "Lexus RX450", "Lexus LS500" və digər avtomobillər geri çağırılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 372

Oxşar yazılar