
Sürücülər hansı avtomobilləri daha çox sürürlər? - ARAŞDIRMA

Amerikanın iSeeCars şirkəti, sahiblərinin hansı orijinal avtomobilləri ən uzun müddət istifadə etdiyini öyrənmək üçün bir araşdırma aparıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, 2020-ci ildə satılan 1981-2005-ci illərin modellərindən olan 660 min avtomobili analiz edərək hansının ən az 15 ildir saxlandığını müəyyənləşdiriblər.
Top-10-luğa yalnız Yaponiya istehsalı olan avtomobillər – 7 “Toyota”, 2 “Honda” və bir “Subari” düşüb.
“Yapon avtomobilləri, xüsusən “Toyota” və “Honda” etibarlılığı və davamlılığı ilə tanınır. Mümkün qədər uzun müddət idarə oluna bilən avtomobillər istəyən praktik istehlakçılara müraciət edirlər. Sürücülər ciddi bahalı xidmət tələb etməyən avtomobillərə etibar edə bilərlər”, - iSeeCars-dan bildirilib.
Sürücülərin ən uzun müddət dəyişməməyi üstün tutduqları ən populyar avtomobil “Toyota Prius”dur. 15 yaşdan yuxarı avtomobillərin 13,7 faizi orijinal sahiblərinin mülkiyyətindədir.
Ardınca “Toyota Highlander”, “Toyota Tacoma” pikapı (kiçik həcmli yük maşını), “Toyota Sienna” mikroavtobusu, daha bir “Toyota Tundra” pikapı (bu maşının hər modelinin 10 faizdən çoxu ilk sahiblərində 15 ildənçox qalır).
Altıncı və yeddinci yerləri müvafiq olaraq SUV-dan “hondalar” – “Honda CR-V (10, 7 faiz) və “Honda Pilot” (10,4 faiz) tutur.
Onluqda “Subari Forester”, “Toyota 4Runner” və “Toyota Sequoia” (9,8 faizdən 9,1 faizə qədər) yer alıb.
Bundan əlavə, iSeeCars hansı idman avtomobillərinin birinci sahiblərində 15 ildən çox qaldığını da araşdırıb.
Altı modelin daxil olduğu siyahı belədir: “Mazda MX-5”, “Miata”, “BMW Z4”, “BMW M5”, “Chevrolet Corvette”, “Ford GT” və “Audi S4”.

Oxşar yazılar

Telefonda ən çox oynanan oyunla bağlı YENİLİK
26 fevral 2021 , 16:11
Alternativ ət istehsalçısından 10 milyon dollarlıq investsiya
26 fevral 2021 , 09:13Daha mükəmməl naqilsiz ŞARJ TEXNOLOGİYASI
25 fevral 2021 , 19:32
Koronavirusu telefonumuzla müəyyən edəcəyik – 96 FAİZ DƏQİQLİK
25 fevral 2021 , 12:00
“WhatsApp”da bu adamlar mesaj göndərə bilməyəcək
25 fevral 2021 , 10:52
Kosmosda bir ilk - Marsa eniş...
24 fevral 2021 , 17:15
“Apple”dan geri addım: HDMI və SD kart oxuyucusunu...
24 fevral 2021 , 16:18
Mercedes yeni C-Class seriyasını təqdim etdi
24 fevral 2021 , 14:19