Süni intellekt gələn il  həyatımızı   necə dəyişəcək?
01 noyabr 2023 11:07 (UTC +04:00)

Süni intellekt gələn il həyatımızı necə dəyişəcək?

Alimlər süni intellektin həyatımızı necə dəyişəcəyini açıqlayıblar.

Lent.az xarici mətbuata istinadən xəbərinə görə, mütəxəssislərin fikrincə, dönüş nöqtəsi 2024-cü il olmalıdır.

Gələn ilin payızında texnologiya nəhəngi “Google” “Gemini” süni intellekt sistemini təqdim etməyə hazırlaşır. "Microsoft" artıq Windows əməliyyat sistemində “Copilot AI” köməkçisini tətbiq etməyə başlayıb. Bu sistemlər test təsviri əsasında məktublar, mətn və şəkillər yaratmağınıza kömək edəcək.

Tezliklə Meta sosial şəbəkələrində müxtəlif şəxsiyyətlərə malik qeyri-adi chatbotlar da peyda olacaq.

Mark Zukerberq hesab edir ki, generativ süni intellekt korporasiyanın bütün tətbiqlərinin böyük bir hissəsinə çevriləcək və məşhur şəxsiyyətlər pərəstişkarları ilə əlaqə saxlaya, məzmun yarada bilən öz “AI şəxsiyyətlərini” yarada biləcəklər. Bu, yeni bir növ media və sənət forması olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3726
avatar

Arzu Qurbanlı

Oxşar yazılar