
Smartfonlarda yeni nəsil BARMAQ İZİ TEXNOLOGİYASI
2018-ci ildə “Qualcomm” şirkəti “3D Sonic Sensor” adlı birinci nəsil barmaq izi skanı texnologiyasını təqdim etmişdi. Bu texnologiya barmaq izinin skanı üçün ultrasəs üsulundan istifadə edir. Həmin vaxtdan şirkət mühəndisləri sözügedən texnologiyanı təkmilləşdiriblər.
Lent.az “technote”a istinadən xəbər verir ki, təqdim olunmuş yeni barmaq izi texnologiyası iki dəfə daha sürətlə çalışır.
Beləliklə ekrana inteqrasiya olunan “3D Sonic Sensor Gen 2” adlı yeni barmaq izi skanı texnologiyası smartfon ekranının 77%-ni əhatə edir. Bu isə öz növbəsində 1.7 dəfə daha çox biometrik məlumatın əldə olunması imkanını yaradır.
Mühəndislərin əldə etdikləri ən əsas nailiyyət ondan ibarətdir ki, bu yeni texnologiya əvvəlki ilə müqayisədə barmaq izini iki dəfə daha tez skan edir.
Qeyd edək ki, bu günlərə satışa çıxarılacaq yeni nəsil smartfonlarda “3D Sonic Sensor Gen 2” texnologiyası tətbiq ediləcək.

Oxşar yazılar

Mütəxəssislərdən etiraf: “Yüksək zəkalı sistemi idarə edə bilməyəcəyik”
16 yanvar 2021 , 19:48
Bu da uçan maşın - VİDEO
15 yanvar 2021 , 19:46
Təcili smartfonunuzdan silin: əks halda
15 yanvar 2021 , 19:32
Dünyanın ən uzun kanat yolu açıldı
15 yanvar 2021 , 18:51
“Telegram”da son bir həftədə qeydiyyatdan keçən prezidentlər
15 yanvar 2021 , 17:12
Smartfonların qənimi olacaq SMART EYNƏKLƏR
14 yanvar 2021 , 19:52
“Telegram”ın yaradıcısı “Facebook”un SİRRİNİ AÇDI
14 yanvar 2021 , 15:12