Samsung bu iki model üçün yeniləmə dəstəyini  dayandırdı
09 oktyabr 2026 02:27 (UTC +04:00)

Samsung bu iki model üçün yeniləmə dəstəyini dayandırdı

0

Samsung 2022-ci ildə satışa çıxardığı “Galaxy A04s” və “Galaxy A23 5G” modelləri üçün müntəzəm proqram təminatı və təhlükəsizlik yeniləmələrini dayandırıb.

Lent.az xəbər verir ki, şirkət hər iki smartfonu dörd illik müntəzəm dəstək müddəti başa çatdıqdan sonra təhlükəsizlik yeniləmələri siyahısından çıxarıb. Bununla da həmin modellər yeni funksiyalar və təhlükəsizlik yeniləmələri almayacaq.

Bu səbəbdən istifadəçilərə həm yeni proqram imkanlarından yararlanmaq, həm də şəxsi məlumatlarının təhlükəsizliyini daha yaxşı qorumaq üçün daha yeni smartfon modellərinə keçməyi nəzərdən keçirmək tövsiyə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 240

Oxşar yazılar