Kondisionerdən istifadə zamanı elektrik xərcini  azaltmaq üçün TÖVSİYƏLƏR
12 iyul 2026 11:50 (UTC +04:00)

Kondisionerdən istifadə zamanı elektrik xərcini azaltmaq üçün TÖVSİYƏLƏR

0

Yay istisində kondisionerlərdən istifadə artır, lakin bununla yanaşı elektrik enerjisi xərcləri də yüksəlir. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər yüksək ödənişlərin səbəbinin hər zaman tariflər olmadığını deyirlər. Çox vaxt problem kondisionerdən düzgün istifadə edilməməsi ilə bağlı olur.

Kondisioner niyə çox elektrik sərf edir?

Bir çox istifadəçi otağı daha tez sərinlətmək ümidi ilə kondisioneri ən aşağı temperatur rejiminə keçirir. Lakin mütəxəssis vurğulayır ki, kondisioner soyuq yaratmır, sadəcə otaqdakı istiliyi xaricə ötürür.

Temperaturu həddindən artıq aşağı səviyyəyə endirmək otağın daha tez soyumasına kömək etmir. Əksinə, bu, kompressorun maksimum gücdə işləməsinə səbəb olur və elektrik sərfiyyatını artırır.

Mütəxəssislərin fikrincə, otaqla çöldəki hava arasındakı temperatur fərqinin 6–8 dərəcə olması həm rahatlıq, həm də enerji qənaəti baxımından ən optimal göstəricidir.

"Turbo" və ya "Jet Cool" rejimi

Bu rejim ən çox elektrik enerjisi sərf edən funksiyalardan biridir. O, ventilyatoru və kompressoru maksimum gücdə işlədərək cihazın üzərinə böyük yük salır. Elektrik xərclərini azaltmaq istəyənlərə kondisioneri sabit rejimdə işlətmək tövsiyə olunur.

"Dry" (Qurutma) rejimi

Bu rejim havanı soyutmur, yalnız rütubəti azaldır. Ondan əsasən yağışlı və yüksək rütubətli havalarda istifadə etmək məqsədəuyğundur. İsti hava ilə mübarizə üçün bu rejim uyğun hesab edilmir.

Cəmiyyətdə belə bir fikir var ki, kondisioneri qısa fasilələrlə işə salmaq daha qənaətlidir. Lakin elektrik ustasının sözlərinə görə, ən çox enerji cihaz ilk dəfə işə düşərkən sərf olunur.

Kondisioneri davamlı şəkildə söndürüb-yandırmaq həm elektrik sərfiyyatını artırır, həm də kompressorun daha tez sıradan çıxmasına səbəb ola bilər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 250

Oxşar yazılar