"Iphone 17"nin təqdim olunacağı  TARİX
27 avqust 2025 18:19 (UTC +04:00)

"Iphone 17"nin təqdim olunacağı TARİX

Apple iPhone 17 təqdimat tədbirini sentyabrın 9-da keçirəcəyini açıqlayıb. Tədbir Apple Park kampusunda baş tutacaq və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, tədbirdə standart iPhone 17, iPhone 17 Pro və iPhone 17 Pro Max modelləri təqdim olunacaq.

Yeni iPhone 17 Pro modellərinin alüminium çərçivəyə sahib, daha dayanıqlı quruluş və yenidən dizayn edilmiş arxa kamera modulu ilə gəlməsi gözlənilir. Bütün iPhone 17 modelləri yenilənmiş A19 və A19 Pro prosessorları ilə təchiz olunacaq və ProMotion (120Hz) texnologiyası bütün seriyada standart olacaq.

iPhone 17 Air isə Apple-ın indiyədək istehsal etdiyi ən nazik və yüngül iPhone olacaq. Bu il iPhone 17 Plus təqdim edilməyəcək. 17 Air modelinin 6.6 düymlük ekran, Apple-ın C1 modemi və tək linzalı arxa kamera ilə gələcəyi bildirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 258

Oxşar yazılar