Bir sıra ölkələrdə “Instagram” sosial şəbəkəsinin işində problemlər müşahidə olunur.
"APA-Economics"in "Downdetector" portalına istinadən verdiyi məlumata görə, problemlərlə bağlı şikayətlərin daha çox ABŞ, İngiltərə, Rusiya, Yaponiya və bir sıra ölkələrindən daxil olduğu bildirilir.
Şikayətlərin əsas hissəsi (təxminən 58%-i) sosial şəbəkəyə daxil olmaqla problemlə bağlıdır, 22%-i veb saytdakı problemlərlə əlaqədardır, istifadəçilərin 19%-i xəbər lentinə baxmaqda çətinlik çəkir.