ABŞ-da fəaliyyət göstərən “Piper Sandler” şirkətinin araşdırması nəticəsində gənclərin ən çox istifadə etdikləri sosial media platformaları məlum olub.
Lent.az xəbər verir ki, sorğu 10 min amerikalı gənc arasında keçirilib.
Araşdırma nəticəsində məlum olub ki, gənclər ən çox “Instagram”, ən az isə “Facebook”da zaman keçirirlər.
Gənclərin 77 faizi “Snapchat” və 73 faizi isə “TikTok” istifadəçisidir.
“Facebook”dan daha çox orta yaşlı insanların istifadə etdiyi məlum olub.