09:56 23 yanvar 2021

"Facebook"da problemlər yarandı

madeyra

Bir neçə ölkədə “Facebook” sosial şəbəkəsinin işində problemlər müşahidə olunur.

“APA-Economics”in məluamatına görə, bu barədə populyar internet resurslarının işini izləyən “Downdetector” xidmətinin saytında deyilir.

Qeyd olunur ki, sosial şəbəkədəki nasazlıqlar ABŞ-ın şərq sahili vaxtı ilə 21:31-dən (Bakı vaxtı, şənbə günü 06:31) sonra baş verməyə başlayıb. Ən çox nasazlıqlar ABŞ, Niderland və Böyük Britaniyada müşahidə edilir.

Problemlərlə bağlı şikayət edən “Facebook” istifadəçilərinin təxminən 56%-i hesablarına daxil ola bilmir, digər 25%-i sosial şəbəkənin tamamilə bağlanmasından şikayətlənir, 18%-i lentə baxmaqda çətinlik çəkir.

# 1461
avatar

Oxşar yazılar