Ötən gecə Parisdəki məşhur Eyfel qülləsini ildırım vurub.
Lent.az xəbər verir ki, təhlükəli təbiət hadisəsi ortaya maraqlı görüntülərin çıxmasına səbəb olub.
Qüllənin rəsmi saytında göstərilir ki, 1889-cui ildə tikilərkən qülləyə 4 ildırımötürən qurğu yerləşdirilib. Qurğular Yerlə qalın mis kabellə əlaqələndirilib. Hər il qülləni orta hesabla 5 dəfə ildırım vursa da, indiyədək heç bir xoşağəlməz hal qeydə alınmayıb.
Mühəndis Qustav Eyfel o zaman deyirdi ki, bütün evlərdəki kimi buradakı ildırımötürənin vəzifəsi gərginliyi Yerə ötürməkdir.
Fransızlar zarafatla Eyfel qülləsini dünyanın ən hündür ildırımötürən qurğusu adlandırırlar.