Ən yaxşı kompakt smartfonlar - TOP7
12 avqust 2025 12:07 (UTC +04:00)

Ən yaxşı kompakt smartfonlar - TOP7

Dünyada iPhone Mini və Asus Zenfone seriyalarının istehsalı dayandırıldıqdan sonra “kompakt” hesab olunan modellər artıq əsasən 6-6,3 düymlük ekranlara malik cihazlardır. Son zamanlar belə ölçüdə telefonlara maraq yenidən artmaqdadır.

Lent.az xarici mediaya istinadən avqust 2025 üçün ən yaxşı 7 kompakt modelini təqdim edir.

1-ci yer – iPhone 16

Ekspertlərə görə, bu model əslində iPhone 13 Mini-nin müasir əvəzidir. 6,1 düymlük OLED ekran, yüksək sürət, qənaətbəxş batareya ömrü və güclü performans təqdim edir. Şayiələrə görə, bu il bazalı model bir qədər böyüyəcək.

Ən yaxşı Android alternativi – Samsung S25

6,2 düymlük ekran və cəmi 162 qram ağırlığı ilə olduqca yüngüldür. Snapdragon 8 Elite prosessoru, yüksək səviyyəli kameralar və 7 il proqram təminatı dəstəyi ilə seçilir.

3-cü yer – Google Pixel 9 Pro

6,3 düymlük ekranlı bu model, Phone Arena tərəfindən fotoqrafiya həvəskarları üçün ən yaxşı kompakt telefon kimi qiymətləndirilib.

Ən sərfəli seçim – Google Pixel 9a

Cəmi 499 dollara Tensor G4 prosessoru, ikili kamera sistemi, Google AI funksiyaları və 7 il Android yeniləmələri təqdim edir. Alternativ olaraq iPhone 16e də nəzərdən keçirilə bilər.

Digər diqqət çəkən modellər:

Motorola Razr Ultra və Motorola Razr (2025) – qatlana bilən dizaynı ilə bazarda ən kompakt modellərdən.

Xiaomi-nin 3,5 düymlük modeli – iPhone 4/4S ölçüsündə, Çində 110 dollara satılır.

İddialara görə, iPhone 17 artıq 6,3 düymlük ekranla təqdim ediləcək və ölçülərinə görə iPhone 16 Pro və iPhone 17 Pro ilə eyni olacaq. Bu isə “kompakt” həvəskarlarını məyus edə bilər

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 288

Oxşar yazılar