
Elon Musk bu texnologiyanı yaradana 100 milyon dollar vəd etdi

Elon Mask CO2-nin udulması və saxlanması üzrə ən yaxşı texnologiya konkursunu keçirtmək niyyətindədir.
Lent.az “technote”a istinadən xəbər verir ki, Mask bu texnologiyanın yaradılmasını ən vacb layihələrdən biri hesab edir.
Konkursun qalibi 100 milyon dollar əldə edəcək. Bu məsələ ilə bağlı təfərrüatları Mask gələn həftə verəcək.
Qeyd edək ki, CO2-nin udulması və saxlanması qlobal istilik ilə ətraf mühitin çirklənməsinə qarşı yönəldilmiş mübarizə üsullarından biridir.
Daha öncə Mask bildirib ki, atmosferə CO2-nin iri miqyasda ifraz edilməsi tarixdə ən ağılsız təcrübədir. Qazıntı yanacaq növlərinin sonsuz olmadığını nəzərə alaraq insanlar gec-tez bərpa olunan enerji növlərinə keçid etməli olacaqlar. Bu keçidi tez bir zamanda reallaşdırmaq lazımdır. Əks halda bu, çox ciddi ekoloji problemlərə gətirib çıxara bilər.

Oxşar yazılar

Yaponiyada steril plastik kart ixtira edildi
6 mart 2021 , 14:38
İşıq sürətini qabaqlayan kosmik mühərrik - KONSEPSİYA
6 mart 2021 , 14:02
Kosmosda ilk hotel: restoran, kinoteatr, spa salonları, idman zalları... – FOTO - VİDEO
6 mart 2021 , 10:01
Yeni "Apple Pencile 3"ün fotoları yayıldı
5 mart 2021 , 09:27
Whatsapp-da yeni funksiya: öz-özünə silinəcək
4 mart 2021 , 09:32
Ən çox satılan notebook SİYAHISI
3 mart 2021 , 09:35
“Volvo” yalnız elektriklə işləyən maşınlar istehsal edəcək
2 mart 2021 , 19:54
10 saniyəlik video 6.6 milyon dollara satıldı - VİDEO
2 mart 2021 , 19:16