Lider ən uğurlu Volkswagen modeli və dünyanın ən məşhur avtomobillərindən biridir.
Lent.az xarici mətbuata istinadla xəbər verir ki, Almaniyada 2025-ci ildə ən çox satılan avtomobillərin reytinqi “Volkswagen”in üstünlüyünü təsdiqləyib və həmçinin elektromobillərin uğurunu nümayiş etdirib.
Məlumata görə, Almaniyada ən populyar avtomobil “Volkswagen Golf”dür. Satışların illik 33,5 faiz azalmasına baxmayaraq, bazar lideri olaraq qalır.
Qeyd etmək lazımdır ki, Golf ən uğurlu Volkswagen modeli və dünyada ən çox satılan avtomobillərdən biridir. Bu model (müxtəlif iterasiyalarda) 1974-cü ildən istehsal olunur. Ümumilikdə bu günə qədər bu avtomobillərin 35 milyondan çoxu satılıb.
Yeni reytinqin ikinci və üçüncü yerlərini həmçinin Volkswagen avtomobilləri - müvafiq olaraq T-Roc və Tiguan krossoverləri tutur.
Almaniya bazarında ən populyar TOP-10 avtomobil:
1. Volkswagen Golf (-33,5 faiz)
2. Volkswagen T-Roc (+8,1 faiz)
3. Volkswagen Tiguan (+9,4 faiz)
4. Volkswagen Passat (+0,5 faiz)
5. Skoda Octavia (-11,7 faiz)
6. BMW X1 (+40,8 faiz)
7. Seat Leon (+4,4 faiz)
8. Opel Corsa (+12,2 faiz)
9. Volkswagen ID.7 (+1208,4 faiz)
10. BMW 5 Series (+78,5 faiz)