Dünyada ilk dəfə taxtadan peyk hazırlanır
30 dekabr 2020 19:22 (UTC +04:00)

Dünyada ilk dəfə taxtadan peyk hazırlanır

Bir qrup yaponiyalı mütəxəssis sonradan kosmosa göndərilə bilən dünyanın ilk tam taxta peykinin yaradılması üzərində işləyir.

Lent.az-ın xarici KİV-ə istinadla verdiyi xəbərə görə, məsələ burasındadır ki, ağac atmosferdə yanma nəticəsində zərərli izlər qoymayacaq ekoloji cəhətdən təmiz bir materialdır.

Peyk yaradıcılarının taxtadan istifadəyə üstünlük verməsinin başqa bir səbəbinin də bu materialın elektromaqnit dalğalarını bloklamaması olduğuna inanılır.

Bunun sayəsində anten və radar kimi elektron cihazları strukturun içərisində gizlətməyin mümkün olduğu düşünülür.

Bundan əlavə, atmosferə enəndə taxta gövdəsi olan bir peyk atmosferdə təhlükəli kimyəvi elementlər qoymayacaq, zibilləri quru və okeanlara səpməyərək qismən deyil, tamamilə yanacaq.

 

# 3327
avatar

Oxşar yazılar