Çirkli telefon ekranını əlinizlə silməyin – İnsanlar səhv edir
26 dekabr 2023 10:06 (UTC +04:00)

Çirkli telefon ekranını əlinizlə silməyin – İnsanlar səhv edir

Çirkli smartfon ekranı heç vaxt əlinizlə silinməməlidir. 

Lent.az xəbər verir ki, bununla bağlı ekspertlər xəbərdarlıq belə edib. 

Belə ki, telefonun ekranında çoxlu bakteriya var, onu mütəmadi olaraq dezinfeksiya etmək lazımdır. Ancaq bunun üçün əldən istifadə etmək olmaz. Çünki həmin bakteriyalar dəri məsamələrinin vasitəsilə sizə keçə bilər. 

Smartfonun ekranını necə düzgün silmək olar? 

Təkcə ekranı deyil, smartfonun korpusunu da mütəmadi olaraq dezinfeksiya etmək lazımdır. Bu zaman nəm dezinfeksiyaedici salfetlərdən istifadə etmək məsləhətdir. 

Telefonunuzun ekranını silmək üçün lintsiz eynək salfetləri də yaxşı vasitələrdən biridir.

Şüşə təmizləyici, hidrogen peroksid və digər oxşar məhsulların istifadəsi qadağandır. 

Mütəxəssislər həftədə ən azı bir dəfə smartfonunuzu dezinfeksiya etməyi məsləhət görürlər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4431
avatar

Sevinc Fərid

Oxşar yazılar