Bakıda uşaq xəstəxanasının sanitar qovşağı ilə bağlı TƏBİB-dən AÇIQLAMA   - YENİLƏNİB
21 avqust 2026 11:14 (UTC +04:00)

Bakıda uşaq xəstəxanasının sanitar qovşağı ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB

0

Xəbər verdiyimiz kimi Bakıda 6 saylı Uşaq Kliniki Xəstəxanasının sanitar qovşağında anti-sanitar vəziyyət yaranıb. 

TƏBİB-dən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən tibb müəssisəsi köhnə binada fəaliyyət göstərir:

"Sosial şəbəkələrdə yayılan görüntülərdə əks olunan hissə isə hazırda istifadə edilmir və xəstəxananın fəaliyyət zonasına daxil deyil. Həmin ərazidən tibb personalı, həkimlər və pasiyentlər istifadə etmir". 

***

20.08.26 saat 13:54

Bakıda 6 saylı Uşaq Kliniki Xəstəxanasının sanitar qovşağında anti-sanitar vəziyyət hökm sürür.

Lent.az xəbər verir ki, bu barədə jurnalist Ramilə Qurbanlı paylaşım edib.

O qeyd edib ki, təkcə sanitar qovşaq yox, otaqlar və dəhlizlər də anti-sanitar vəziyyətdədir.

Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanlamışıq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1708

Oxşar yazılar