15:36 28 dekabr 2020

Bu telefonda da şarj cihazı olmayacaq!

Xiaomi-nin qurucusu və baş icraçı direktoru Lei Jun Weibo-da yazıb ki, flaqman Mi11 modeli, adaptersiz təqdim olunacaq. Lent.az techland-a istinadən bildirir ki, model 28 dekabrda təqdim ediləcək.

Şirkətin direktoru bildirib ki, buna səbəb ekologiyadır. Yəni şarj cihazını qoymurlar ki, ekologiya korlanmasın. Ancaq maraqlısı odur ki, Apple bu addımı atanda onu lağa qoyan ilk şirkət də elə Xiaomi olmuşdu.

Samsung da Apple ilə zarafat edirdi, ancaq daha sonra bütün yazıları silmişdi. Nəticə: Galaxy S21 təqdimatında şarj və qulaqlıqların olmamasını gözləyirik.

# 1008
avatar

Oxşar yazılar