Bu qulaqlıqların qiyməti 15 min dollardır
26 may 2025 18:06 (UTC +04:00)

Bu qulaqlıqların qiyməti 15 min dollardır

Hermès moda evi dəbdəbəni həqiqətən eşidilən hala gətirdi: Fransız brendi 15 000 dollar dəyərində ilk lüks qulaqlıqlarını təqdim edib. 

Lent.az xarici mediaya isrtinadən xəbər verir ki, aksessuar xüsusi sənət obyektləri və xüsusi sifarişli əşyalar üzrə ixtisaslaşan Ateliers Horizons eksklüziv bölməsinin işinin nəticəsidir.

Qulaqlıqlar zərgərlik dəqiqliyi ilə hazırlanır və ikonik Kelly çantasına istinad edir - eyni metal hissələri və ən yüksək yəhər keyfiyyətli əl ilə tikilmiş dəri ilə. Hər bir cüt həm səs mühəndisliyi, həm də tətbiqi sənət əsəridir.

Qulaqlıqlar son dərəcə məhdud sayda istehsal olunacağından, onlar təkcə dəbli aksessuar və audioqadcet deyil, həm də kolleksiya əşyasına çevriləcək. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1224

Oxşar yazılar