Analar mobil telefondan daha çox hansı məqsədlə istifadə edir - SORĞU
11 oktyabr 2021 18:13 (UTC +04:00)

Analar mobil telefondan daha çox hansı məqsədlə istifadə edir - SORĞU

“Mobidictum”un keçirdiyi sorğunun nəticələrinə görə, analar mobil telefonlardan daha çox oyun oynamaq üçün istifadə edir. 

Lent.az xarici KİV-ə istinadən bildirir ki, 50 yaşdan aşağı analar istirahət etmək və əylənmək üçün oyun oynadıqlarını etiraf ediblər. 

Sorğuda iştirak edən anaların 87,1% -i ağıllı telefonlarda oyunlar oynadıqlarını söyləyib.

Onlardan 51,8% -i nahar fasilələrində, 41,9% -i televizor izləyəndə, 41,5% -i yatmazdan əvvəl oyun oynadıqlarını bildiriblər. 

# 1209
avatar

Nigar Adil

Oxşar yazılar