ABŞ hakimiyyəti elektriklə işləyən maşınlara keçməyə qərar verdi
27 yanvar 2021 18:51 (UTC +04:00)

ABŞ hakimiyyəti elektriklə işləyən maşınlara keçməyə qərar verdi

ABŞ prezidenti Co Bayden, ölkə hökumətinin təxminən 650 min avtomobildən ibarət parkını Amerika istehsalı olan elektrikli nəqliyyat vasitələri ilə əvəzləməyə qərar verib. 

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, bu, karbon tullantılarını azaltmaq və yerli şirkətləri dəstəkləmək üçündür.

Hazırda hökumət maşınlarının böyük əksəriyyəti adi yanacaqla işləyir. Parkın dəyişdirilməsi hakimiyyətə 20 milyard dollardan çox başa gələ bilər

Bayden, elektrikli avtomobillər üçün 550 min yanacaqdoldurma stansiyası tikəcəyini və sürücülərin ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinə keçmələri üçün endirimlər və faydalar sistemi tətbiq edəcəyini vəd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3951
avatar

Oxşar yazılar