Zaqatalada su xətti partladı   - Uşaqlar məktəbə gedə bilmir
26 yanvar 2026 15:45 (UTC +04:00)

Zaqatalada su xətti partladı - Uşaqlar məktəbə gedə bilmir

0

Zaqatalanın Aşağı Tala kəndində bir həftədən çoxdur ki, borunun partlaması səbəbindən içməli su yola axır.

Lent.az-a müraciət edən sakinlər qeyd edir ki, Barama zavodunun yanından aşağı enən küçə boyunca su axdığı üçün uşaqlar məktəbə gedəndə də əziyyət çəkirlər.

Bununla yanaşı 1 həftədir borunun partlamasına baxmayaraq, hələ də müdaxilə edilməyib.  

Məsələ ilə bağlı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətidən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, boru bu gün təmir olunacaq:

“Həmin su xətti bizim yox, bələdiyyənin balansındadır. Onlara bu barədə məlumat vermişik. Bildiriblər ki, gün ərzində problem həll ediləcək. Ehtiyac yaranacağı təqdirdə yerli idarədən xidməti dəstək göstəriləcək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 850

Oxşar yazılar