Zaqatala günlərdir işıqsız qalıb  - Problem nə vaxt həll olunacaq?
09 iyul 2026 11:11 (UTC +04:00)

Zaqatala günlərdir işıqsız qalıb - Problem nə vaxt həll olunacaq?

0

Zaqatalada aramsız yağan leysan  içməli su xətlərini sıradan çıxarmaqla yanaşı elektrik enerjisində də fasilələrə səbəb olub. Artıq neçə gündür rayon mərkəzində və bir sıra kəndlərdə elektrik enerjisinin verilməsində fasilələr yaranır.

Lent.az-ın məsələ ilə bağlı sorğusuna “Azərişıq”dan bildirilib ki, sel  elektrik dirəklərini yararsız vəziyyətə salıb:

“Bir neçə kənddə elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Bunun səbəbi sel sularının elektrik dirəklərini sıradan çıxarmasıdır. Suyun səviyyəsi hələ ki çox olduğundan problemli bölgələrə texnika və əməkdaş cəlb edə bilmirik. Lakin vəziyyət nəzarətdə saxlanılır. Ola bilsin ki, bu gün axşam, yaxud sabah məsələ həll olunsun”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 996

Oxşar yazılar