Yol polisindən isti havalarla bağlı  bu sürücülərə MÜRACİƏT
09 avqust 2024 12:14 (UTC +04:00)

Yol polisindən isti havalarla bağlı bu sürücülərə MÜRACİƏT

Baş Dövlət Yol Polisi İdarəsi isti havalarla əlaqədar səhhətində problemlər olan sürücülərə müraciət edib.

İdarədən Lent.az-a verilən məlumata görə, müraciətdə deyilir:

"Məlumdur ki, isti hava şəraiti insanların əmək fəaliyyətinə, əhval-ruhiyyəsinə təsir göstərir və bu amil xroniki xəstəliklərdən əziyyət çəkən insanlarda özünü daha qabarıq biruzə verir.

Lakin təəssüf ki, səhhətində ciddi problemlər olduğunu bildiyi halda isti hava şəraitini, qət edəcəyi məsafəni, avtomobilinin sərinlik sistemi ilə bağlı təchizatını nəzərə almadan sükan arxasına əyləşən sürücülərə rast gəlinir ki, bu da bəzən xoşagəlməz sonluqla nəticələnir.

Dərman preparatları qəbul etdiklərini əsas gətirərək özlərinə bəraət qazandırmağa çalışan sürücülər isə unudurlar ki, həmin preparatların tərkibində yuxu və ya halsızlıq yaradan maddələr mövcuddur ki, bu amilin özü də avtomobil idarə etməkdən çəkinmək üçün tutarlı səbəbdir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha səhhətində ciddi problemlər olan sürücülərə müraciət edərək onları səhlənkarlığın doğurduğu bədbəxt hadisələrdən düzgün nəticə çıxarmağa, özlərinin və digər yol hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə qalmamağa çağırır".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 531
avatar

Oxşar yazılar