Yağış, qar, güclü külək   - Sabahın HAVASI
22 yanvar 2025 12:39 (UTC +04:00)

Yağış, qar, güclü külək - Sabahın HAVASI

Yanvarın 23-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə  və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Cənub-şərq küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 6-9° isti, gündüz 9-11° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 774 mm  civə sütunundan 769 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq. 
 
 Azərbaycanın rayonlarında
hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.  Ayrı-ayrı yerlərdə qısa müddətə intensivləşəcəyi,  dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq.

Mülayim şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.

Havanın temperaturu gecə 0-4° isti, gündüz 7-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1692
avatar

Oxşar yazılar