Bu gün saat 17:00-da Azərbaycanın bütün ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Lent.az xəbər verir ki, bununla bağlı Azərbaycan ərazisində nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb.
Nəqliyyat vasitələri, Bakı buxtasındakı gəmilərdə və yerüstü qatarlarda fit verilib.
***
12:04
Bu gün saat 17:00-da Bakıda nəqliyyatın hərəkəti dayandırılacaq.
Bu barədə Lent.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib. Onun sözlərinə görə, saat 17:00-da Xocalı soyqırımı qurbanlarının və şəhidlətimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad ediləcək.
Bu məqsədlə avtomobil yollarında da hərəkət dayanacaq.
Qeyd edək ki, bu gün Xocalı faciəsinin 30-cu ildönümüdür.