Azərbaycanda xarici kommersiya qurumlarının qeydiyyat ilə bağlı qaydalar sərtləşdirilib.
Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanunun 7-ci maddəsinə əlavələr edilib.
Əlavəyə görə, hüquqi şəxs statusu almaq istəyən kommersiya qurumunun, o cümlədən xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialının dövlət qeydiyyatı 2 gündən gec olmayaraq həyata keçirilməlidir. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı sürətli elektron dövlət qeydiyyatı zamanı dərhal, adi elektron dövlət qeydiyyatı zamanı isə 1 gündən gec olmayaraq həyata keçirilməlidir.
Layihə Milli Məclis tərəfindən qəbul olunub.