Ürək xəstəlikləri niyə sürətlə cavanlaşır – <span style="color:red;">SƏBƏBLƏR
10 aprel 2014 17:17 (UTC +04:00)

Ürək xəstəlikləri niyə sürətlə cavanlaşır – SƏBƏBLƏR

Ölkədə havaların kəskin dəyişməsi, maqnit burulğanları və günəşdəki partlayışların insan orqanizminə təsiri öyrəniləcək


Azərbaycanda ürək xəstəlikləri ildən-ilə cavanlaşmaqda və artmaqdadır. Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Adil Baxşəliyev APA-ya açıqlamasında deyib ki, əgər əvvəllər daha çox 55-65 yaşlı insanlarda ürək xəstəliklərindən müraciət edirdisə, indi bu yaş 40-45-dən başlayır. Son illər ürək xəstəliklərinin 10-15 il cavanlaşdığını deyən A.Baxşəliyevin sözlərinə görə, bunun müxtəlif səbəbləri var.

 

Direktor qeyd edib ki, Azərbaycanda havaların kəskin dəyişməsi, maqnit burulğanları və günəşdəki partlayışların insan orqanizminə, xüsusən ürək-damar xəstəliklərinə təsiri öyrəniləcək. Onun sözlərinə görə, bu təsiri araşdırmaqla onların insan orqanizminə təsirini azaltmaq üçün müəyyən tədbirlər görülür: “Təsiri öyrəndikdən sonra bu hadisələrin insan orqanizminə təsiri əvvəldən müəyyənləşdirilir və immun, sinir sistemini möhkəmlətmək üçün əvvəldən lazımi tədbirlər görülür. Prosesə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaxından dəstək olacaq. Bu işə Azərbaycan Milli Elmlər Akademiyasında baxılması və ona qrant ayrılması gözlənilir. Araşdırma zamanı Təxirəsalınmaz və Təcili Yardım Stansiyası, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti, AMEA Şamaxı Astrofizika Rəsədxanasının da məlumatlarından istifadə ediləcək. Bunlar kompleks araşdırma olacaq və ola bilsin ki, xarici ölkələrlə də əlaqəli işlənəcək. Nəticədə qarşılıqlı olaraq materiallar ötürüləcək və mübadilə aparılacaq. Hazırda işlərə hazırlıq prosesləri gedir və yaxın 2 ay ərzində bu prosesə başlanacağı gözlənilir”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1471
avatar

Oxşar yazılar