Təyyarə, vertolyot qəzaları əvvəlcədən bilinəcək – <span style="color:red;">Azərbaycanda
03 aprel 2014 15:03 (UTC +04:00)

Təyyarə, vertolyot qəzaları əvvəlcədən bilinəcək – Azərbaycanda

Azərbaycanda təyyarələrin və vertolyotların texniki vəziyyətinin uçuşdan qabaq küylərin analizi əsasında monitorinqi sistemi yaradılır.


 

 İxtiranın əsasında uçuşdan qabaq texniki vəziyyəti analiz etməyə və mümkün ola biləcək qəzaları aşkar etməyə imkan verən bu sistem təyyarə qəzalarının proqnozunu verməklə onların qarşısını almağa kömək edəcək”.

 

Bu barədə APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyev məlumat verib.

 

Onun sözlərinə görə, institutun yeni texnologiyaları qəzaların gizli sistemini aşkar etməyə imkan verir: “Hazırda ölkədə təyyarələrdə qəzaların gizli sistemini aşkar etməyə imkan verən sistem hazırda yoxdur. Əgər olsaydı, yerdə bu barədə məlumat əldə edilərdi və səmada qəza olmazdı. Hələlik yeni ixtiranın eksperimenti təyyarələrdə edilib, amma bunu bu böyük həcmdə etmək imkanı olmayıb. Amma kompressor stansiyalarında bunlar təcrübədən keçirilib. Kompressor stansiyası da öz qəzasına görə təhlükəli bir obyektdir. Artıq Heydər Əliyev adına Neft Emalı Zavodunun 5 nömrəli sexində kompressorda bu sistem quraşdırılıb. Sistem hər bir qəzanın gizli dövrünü 10-15 saat öncədən göstərir və o təmir edilir. Bununla da həmin obyekt qəzasız idarə olunur. Görülən işlər göstərir ki, gələcəkdə təyyarələrdə, vertolyotlarda, hətta hərbi texnikada, tanklarda bu texnologiyanı tətbiq edərək yaxşı nəticələr almaq mümkündür”.

 

T.Əliyev qeyd edib ki, Milli Aviasiya Akademiyası ilə təyyarələrdə belə bir eksperimenti aparmaq planlaşdırılır. Akademiyanın rektoru Arif Paşayevin bu sahəni yaxşı bilən fiziklərdən olduğunu deyən institut direktoru əlavə edib ki, o da bu işə böyük əhəmiyyət verir. Onun sözlərinə görə, orada hələlik bir seysmo-akustik stansiya yaradılır və orada bu texnologiya yoxlanacaq: “Başqa stansiyaların da orada yaradılması planlaşdırılır. Bu da gələcəkdə həm aviasiya, həm də başqa hərbi texnikada istifadə edilməsi üçün çox ciddi məsələdir”.

 

Qeyd edək ki, yeni sistemə əsasən təyyarələrin uçuşlarından qabaq onların əvvəldən müəyyən edilmiş hissələrində vericilər yerləşdirilir və onlardan alınan siqnalların yüksək tezlikli spektrləri analiz olunaraq mikrodefektləri aşkar etməyə imkan verir. Bu da təyyarədə mümkün ola biləcək qəzaları müəyyənləşdirir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1164
avatar

Oxşar yazılar