Son gunlərdə işğal altında olan Azərbaycan torpaqlarında vandallıq etmələri azmış kimi, ermənilərin Azərbaycan dövlətini guya erməni kilsələri olan Alban kilsələrini məhv etməkdə ittiham etməsi bir daha ermənilərin iç üzlərini açmış oldu. Tarixin izlərinin saxtalaşdırmaqda və başqalarının şanlı tarixlərini öz olmayan tarixlərinə calamaqda mahir olan ermənilər bu dəfə bu addımı atmaqla dünya ictimaiyyətinə özlərini guya qədim tarixə malik və Azərbaycan ərazisində məskunlaşmış və bu ərazilərdə yaşayıb yaratmış bir millət kimi göstərmək istəyirlər. Azərbaycanın ittiham olunması isə onların yalan tarixlərini təbliğ etmələri məqsədini güdür.
Azərbaycan xalqı hər zaman öz tarixinə və abidələrinə hörmətlə yanaşır. Azərbaycan xalqının böyük tarixinin və mədəniyyətinin olması xalqımızın dünya mədəniyyəti irsinə bəxş etdiyi tohfələr dünya miqyasında yüksək qiymətləndirilir. Alban kilsəsinin 1700 illiyinin Azərbaycanda qeyd olunması Azərbaycanın qədim tarixinin göstəricilərindəndir. Xalq öz tarixinə və xüsusən də müqəddəs yerlərə hörmətlə yanaşır və onların qorunmasında birbaşa istirak edir.
Ermənistanın ittihamları isə ilk növbədə Azərbaycana deyil məs özlərinə doğru yönəlməlidir. Tarixi abidələrin yerlə yeksan etdirilib onlar barəsində miflərin yaradılması məs ermənilərin bacardığı mahir işlərdəndir. Bunlara misal olaraq məs İrəvan qalasını göstərmək olar. Sovet imperiyası dövründə qala məhv etdirilərək “Yerevan qalası” haqqında mif ortaya çıxdı. İrəvan qalasının dağıdılmasına səbəb isə bu qalanın məs şərq üslubunda tikilməsi və orda ermənilərə aid bir izin belə olmaması idi. Sözsüz ki, bir zamanlar Azərbaycanın tarixi torpaqlarında qurulmuş erməni dövlətinin paytaxtının mərkəzində Azərbaycana məxsus qalanın mövcudluğu ermənilərin bütün təbliğatının üstündən xətt çəkə bilərdi bu səbəbdən qala məhv edildi. Lakin ağrılı haldır ki, məhv edilən təkcə İrəvan qalası deyil eyni zamanda istər bugünkü Ermənistan ərazisində istərsə də işğal altında olan ərazilərimizdə tarixi abidələrimizə qarşı olan vandallıq hallarıdır. Səbəb isə bu ərazilərin məs ”qədim” erməni torpaqları kimi göstərmək istəkləridir.
Belə olan halda tək Azərbaycan dövləti deyil o cümlədən Azərbaycan ziyalıları, gəncləri ermənilərin tarixi abidələrimizi məhv etmək və bu işdə bizləri günahlandırmasına qarşı birləşməli və onları müxtəlif yollarla ifşa etməli, Azərbaycan reallıqlarını dünya ictimaiyyətinə doğru düzgün çatdırmalıyıq.
Hümbətov Tural
Şərqi Avropada Təhsil Alan Azərbaycanlı Tələbələr və Məzunlar ictimai birliyi, baş katib.