Azərbaycanda stasionar telefon danışıqları və bir sıra digər rabitə xidmətlərinin mövcud tariflərinin aşağı salınması ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən təkliflər hazırlanıb. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
Nazir qeyd edib ki, bu məsələdə Nazirliyin ən əsas məqsədi şəbəkələrin səmərəliliyi və təhlükəsizliyinin artırılmasıdır: «Eyni zamanda, yeni xidmətlərin istifadəyə verilməsi də nəzərdə tutulur».
Qeyd edək ki, təkliflərin yaxın zamanlarda Tarif Şurasına təqdim edilməsi planlaşdırılır.