“Azəryolservis” ASC-də kadr dəyişikliyi baş verib.
“APA-Economics”in xəbərinə görə, ASC-nin Mətbuat Katibliyinin rəisi Pünhan Mürsəliyev tutduğu vəzifədən azad olunub. P. Mürsəliyevin yerinə tanınmış jurnalist Anar Nəcəfli təyin olunub.
A. Nəcəfli faktı təsdiqləyib.
O əlavə edib ki, öz vəzifəsinin icrasına bu gündən etibarən başlayıb.